Misli Premyer Liqasının 2023/24 mövsümünün ilk yarısının oyunlarını 132 min 959 tamaşaçı izləyib.
Sportnet.az PFL-in saytına istinadən xəbər verir ki, ilk iki dövrədə baş tutan 90 matçda orta tamaşaçı sayı 1477-yə bərabər olub.
18 turun rekordu Tovuzda qeydə alınıb. X turun oktyabrın 20-də keçirilən “Turan Tovuz” – “Qarabağ” görüşündə (2:2) 6000 seyrçi qeydə alınıb.
Qərb təmsilçisi çempionatın tamaşaçı sayındakı mütləq lideridir. “Turan Tovuz”un ev oyunlarını orta hesabla 4322 izləyici seyr edib.
Tovuzlular ən yaxın izləyicilərini 2 dəfədən çox üstələyir. Lideri ötən mövsümün mükafatçıları izləyir. “Neftçi” 2-ci, “Sabah” 3-cü, “Qarabağ” 4-cü yerdə qərarlaşıb. Bu dörd komandadan başqa “Sumqayıt”la “Kəpəz”də də orta göstərici 1000-dən yüksəkdir.