
“Zirə” Andriya Lukoviçlə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.
“Zirə” Lukoviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Lukoviç 2022-ci ilin yayından "Zirə"də oynayırdı.