Mövsümün ikinci yarısına hazırlığını Antalyada (Türkiyə) davam etdirən "Neftçi" bu gün ilk yoxlama oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar" Türkiyənin "Erzurumspor" klubu ilə qarşılaşacaq. 1-ci liqa təmsilçisi ilə oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bu, yeni baş məşqçi Miodraq Bojoviçin "Neftçi"də ilk sınağı olacaq.
Qeyd edək ki, "Neftçi"nin yanvarın 13-də daha bir yoxlama oyunu nəzərdə tutulub. Ancaq hələlik rəqibin adı açıqlanmayıb. Komanda yanvarın 14-dək Antalyada hazırlıq keçəcək.