“Özümdə hər şey yaxşıdır. Amma “Neftçi”nin işləri o qədər də yaxşı deyil”.
Sportnet.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Yuri Matias deyib.
Braziliyalı müdafiəçi Rumıniya mətbuatına açıqlamasında “ağ-qaralar”ın Premyer Liqadakı çıxışını dəyərləndirib: “Biz layiq olduğumuz yerdə deyilik. Amma turnir cədvəlində mütləq irəliləyəcəyik. Komandanın Adrian Mutu ilə vidalaşması çox ağır idi. Mən heç onunla sağollaşa da bilmədim. Çünki baş məşqçi ailəsindəki problemlərə görə getmişdi. Komanda uğurlu çıxış etməyəndə baş məşqçinin istefaya göndərilməsinin ən asan yol olduğuna adət etmişik”.
Matias Bakı klubunun hədəfinə də toxiunub: “Neftçi”nin hədəfi həmişə çempionluq olmalıdır. Amma təəssüf ki, cari mövsüm çətindir. Birinci yerdə olan “Qarabağ çox güclüdür və Avropada yaxşı illər keçirir. Biz daha çox qələbə qazanmaq üçün indi yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, 3-cü pillədə qərarlaşan “Neftçi” 18 turdan sonra liderdən 13 xal geri qalır.