
Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, turun son günündə iki oyun keçiriləcək.
Daha dörd komanda mövsümün ikinci yarısına start verəcək. Çempionatın autsayderi "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Samir Abasovun yetirmələri "Zirə"yə, Elmar Baxşıyevin komandası isə "Kəpəz"ə çatmaq üçün mütləq qalib gəlməlidir.
Tura liderin ev matçı ilə yekun vurulacaq. "Qarabağ" ikinci dövrədə uduzduğu "Araz-Naxçıvan"ı qəbul edəcək. Qurban Qurbanovun yetirmələri izləyiciləri ilə xal fərqini daha da artırmağa köklənib. Azər Bağırovun komandası isə sensasiya ilə üçüncülüyə şərik çıxa bilər.
Qeyd edək ki, növbəti turun matçları yanvarın 26-28-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XIX tur
23 yanvar (çərşənbə axşamı)
16:30. "Qəbələ" – "Sumqayıt" 0:1
Qol: Kasimir Ninqa, 70
Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu
19:00. "Qarabağ"– "Araz-Naxçıvan" 3:1
Qol: Kurdiç, 6 (ö.q), Zubir, 21, 61, Məhəmməd Kadiri, 71
Baş hakim: Rauf Allahverdiyev
Tofiq Bəhramov adına Respublika Stadionu