"Qəbələ" İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, klubun futbol akademiyasının sabiq direktoru Halim Fıçıcı bu haqda şəxsi sosial media hesabında paylaşım edib:
"Nail Kərimov "Qəbələ" futbol klubundan ayrılıb. Buna çox üzüldüm. İllərlə birgə çalışdığımız, akademiyanın quruluşunda və uğurlarında böyük əməyi olan qardaşımız. Dürüst, çalışqan, işini bilən və son olaraq peşəkar klubda menecer olaraq fəaliyyət göstərən biri işindən ayrılıb. Məncə "Qəbələ" üçün böyük itkidir. "Qəbələ"də bir dəqiqə durmamalı insanlar var. Ziyanı "qırmızı-qaralar" çəkəcək. Zaman keçdikcə, gerçəklər üzə çıxacaq amma artıq geriyə dönüş olmayacaq. Nail qardaşıma təcrübəsini və biliyini istifadə edə biləcəyi başqa yerlərdə uğurlar arzu edirəm".