
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusa yollanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu kollektiv Minskdə təşkil olunacaq “Bizim gələcəyimiz” beynəlxalq turnirində iştirak edəcək.
Fevralın 7-10-da keçiriləcək yarışda 16 komanda mübarizə aparacaq. "Qarabağ" B qrupunda BATE, "Olimpik" və "Zvezda" ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi fevralın 7-də “Zvezda” klubunu sınağa çəkəcək. Bir gün sonra isə iki görüşə çıxacaq "köhlən atlar" öncə “Olimpik”lə, ardınca BATE ilə qarşılaşacaq. Hər qrupdan iki ən yaxşı kollektiv 1/4 finala adlayacaq.