1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"dan Minskdə ardıcıl ikinci qələbə
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçisi olduğu kollektiv Rusiya “Olimpik”ı ilə qarşılaşıb.
İlk turda “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn komandamız ardıcıl ikinci qələbəsini qazanıb. “Qarabağ” rəqibinin qapısından iki cavabsız qol keçirib. Onur Əliyev 21-ci dəqiqədə hesabı açıb, 10 dəqiqə sonra Kəmaləddin Cəfərli rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "Qarabağ" qrupdakı son matçında Belarus təmsilçisi BATE ilə qarşılaşacaq.