
Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, günün yeganə matçında “Səbail” “Kəpəz”lə üz-üzə gəlib.
Gəncə şəhər stadionundakı yenidənqurma işləri ilə əlaqədar “Kəpəz” bu rəqibini də Qəbələdə qəbul edib. Qarşılaşmada hesabı nominal meydan sahibləri açıblar. 29-cu dəqiqədə Martins Junior qapıçı ilə dueldən qalib ayrılıb.
Lakin gəncəlilər üstünlüyü qoruya bilməyiblər. Əvvəlcə 45+6-cı dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom “skatus-kvo”nu bərpa edib. Fasilədən dərhal sonra bakılılar önə keçiblər. 51-ci dəqiqədə Rüfət Abdullazadə yaxın məsafədən "çərçivə"ni dəqiq nişan alıb. Bundan 9 dəqiqə sonra Suleyman Alluş cərimə meydançası daxilindən qüvvətli zərbə ilə toru silkələyib. Niderlandlı yarımmüdafiəçi 90-cı dəqiqədə dublunu rəsmiləşdirib. Alluş müdafiə xəttinin kobud səhvini bağışlamayıb.
Beləliklə, 4:1 hesablı qələbə qazanan “Səbail” xallarının sayını 30-a yüksəldib. Şahin Diniyevin yetirmələri 5-ci pillədə qərarlaşıb. 9-cu sıradakı “Kəpəz” isə 20 xalda qalıb.
Qeyd edək ki, turun ilk matçında “Qarabağ” “Sabah”la heç-heçə edib - 3:3. XXII turun digər oyunları fevralın 13-də baş tutacaq.
---------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, "Səbail" "Kəpəz"lə üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Matçı Nicat İsmayıllı idarə edəcək.
Paytaxt təmsilçisi 28 xalla 5-ci, Gəncə klubu 20 xalla 9-cu pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXII tur
12 fevral
15:00. “Kəpəz” – “Səbail” - 1:4
Qollar: Martins Junior, 29 - Aleksandr Ramalinqom, 45+5. Rüfət Abdullzadə, 51. Suleyman Alluş, 60; 90
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun ilk matçında "Qarabağ" "Sabah"la heç-heçə edib - 3:3. XXII turun digər oyunları fevralın 13-də baş tutacaq.