Azərbaycan millisinin üzvü Rahil Məmmədovun formasını geyindiyi LKS klubu baş məşqçi Pyotr Stokovetslə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, 52 yaşlı mütəxəssis bu vəzifədə Marçin Matısyak əvəzləyib.
O, son 4 ildə klubda məşqçi kimi çalışıb, indi isə əsas komandanın sükanı arxasına keçib.
Qeyd edək ki, LKS yüksək liqada 20 turda cəmi iki dəfə qalib gəlib və 10 xalla sonuncudur. Əlavə edək ki, ilin əvvəlində Polşa klubuna keçən Rahil Məmmədov Premyer Liqada iki oyun keçirib.