Azərbaycan Premyer Liqasının XXV turunda bu gün keçiriləcək iki oyunun növbəti təyinatları müəyyənləşib.
Sportnet.az.az xəbər verir ki, "Qəbələ"- "Səbail" görüşündə VAR-da Rauf Allahverdiyev, AVAR-da Eyyub İbrahimov olacaq. Baş hakim Rauf Cabarovdur.
"Neftçi" - "Qarabağ" qarşılaşmasında müvafiq olaraq Cavid Cəlilovla Kamran Bayramov iş başında olacaqlar. Azərbaycan derbisini Elçin Məsiyev idarə edəcək.
Qeyd edək ki, Qəbələdəki matç saat 16:00-da, digər görüş saat 19:00-da start götürəcək.