
"Qarabağ"ın qapıçısı Andrey Lunyov UEFA Avropa Liqasının pley-off mərhələsinin Almaniya "Bayer"i ilə cavab oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportnet.az xəbər verir ki, rusiyalı qolkiper matçla bağlı fikirlərini bölüşüb və ona ünvanlanan sualları cavablandırıb:
- Sabah bizi maraqlı və gözəl oyun gözləyir. Çünki növbəti mərhələyə vəsiqə qazana bilərik. Təəssüf ki, Bakıdakı matçda rəqibi məğlub edə bilmədik.
- Mərhələni keçmək şansını necə dəyərləndirirsiniz?
- Şanslar 50/50-dir. Bu, futboldur, oyun 90 dəqiqədir. Hər iki komandada 11 nəfər oynayır. Sabah əlimizə düşən fürsətdən istifadə etməyə, öz oyunumuzu oynamağa çalışacğıq.
- "Bayer"də çıxış etmisiniz. Onlara qarşı oynamaq sizin üçün xüsusi motivasiyadır?
- Hər oyuna xüsusi motivasiya ilə çıxıram. Sabahkı oyun çox vacibdir. Məşqçilər korpusu rəqibi analiz edib bizə məlumatlar verir. Bu komandaya qarşı oynamışıq, rəqibi çox gözəl tanıyırıq. Meydana yüksək motivasiya ilə çıxıb yaxşı oyun göstərəcəyik.