İtaliya klubları UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.
Sportnet.az xəbər verir ki, A seriyası təmsilçilərindən heç biri 1/4 final mərhələsinə vəsiqə qazana bilməyiblər.
İtaliyalılar son 4 ildə üçüncü dəfə belə uğursuzluqla üzləşib.
Yeganə istisna 2022/23 mövsümündə qeydə alınıb.
Qeyd edək ki, son olaraq "İnter" qitənin bir nömrəli klub turniri ilə vidalaşmalı olub.