
"Düzünü desəm, bu qədər erkən çempionluğu gözləmirdim".
Sportnet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Olavio Juninyo Azərbaycan Premyer Liqasının XXVIII turunda "Kəpəz"ə 6:1 hesabı ilə qalib gələrək XI çempionluqlarını rəsmiləşdirməsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Braziliyalı hücumçu peşəkar karyerasında ilk titulunu qazandığını bildirib: “Buna görə çox xoşbəxtəm. Hər mövsüm “Qarabağ” qarşısına daha böyük hədəflər qoyur. Bu zəfər də görülən işlərin nəticəsidir”.
28 yaşlı braziliyalı hücumçu xarici klublardan gələn təkliflər barədə də fikirlərini bölüşüb: "Bu işlərlə agentim məşğul olur. Ona görə də dəqiq bir fikir deyə bilmərəm".