Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) TOP-5 Avropa çempionatlarının ən güclü müdafiəyə malik olan klublarının adlarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, hər matçda qapısına gələn zərbə sayına görə Avropanın TOP-5 liqalarında ən yaxşı müdafiəyə malik klub “Arsenal” olub – ortalama 2,3 zərbə.
Bu göstəricidə ikinci yeri 2,4 zərbə ilə "İnter" tutub. "Real" 2,7 zərbə ilə 3-cü olub.
"Arsenal" (İngiltərə) - 2,3.
"İnter" (İtaliya) - 2,4.
Real Madrid (İspaniya) - 2,7.
"Mançester Siti" (İngiltərə) - 2,8.
"Nitsa" (Fransa) - 2,9.
"Yuventus" (İtaliya) - 3,0.
"Bavariya" (Almaniya) - 3,3.
"Bayer" (Almaniya) - 3,3.
"Leyptsiq" (Almaniya) - 3,3.
"Bolonya" (İtaliya) - 3,3.