Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, F qrupunda yer alan Elşad Quliyevin başçılıq etdiyi yığma Belçika seçməsi ilə qarşılaşıb.
Görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Vüsal İsayev (2) və Samir Həmzəyev vurublar.
Azərbaycan millisi qrup mərhələsində növbəti oyunlarını iyunun 3-də İtaliyaya, bir gün sonra isə Fransaya qarşı keçirəcək.
Qeyd edək ki, bundan əvvəlki Avropa çempionatının qalibi məhz Azərbaycan yığması olub.
----------------------------------------
Bu gün Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, yığma ilk oyununda Belçika ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
Komanda iyunun 3-də İtaliya, bir gün sonra Fransa yığması ilə qarşılaşacaq.