Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının I qrupunda Türkiyə kollektivini qəbul edib.
Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəyeva rəqib qapısından keçirib.
Azərbaycan millisi bu qələbə sayəsində qrupda xallarının sayını 4-ə yüksəldib.
Qeyd edək ki, komandamız mayın 31-də "ay-ulduzlar"a 0:1 hesabı ilə məğlub olmuşdu.
---------------------------------------
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının I qrupunda Türkiyə kollektivini qəbul edəcək.
“Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Komandamız mayın 31-də bu rəqibə minimal hesabla uduzub - 0:1.
Milli üç turdan sonra 1 xalla qrupda sonuncudur. Qardaş ölkə təmsilçisi isə 6 xalla ikincidir.
Qeyd edək ki, AVRO-2025-in final mərhələsi İsveçrədə baş tutacaq.