Xorvatiya çempionatında 2024/2025 mövsümünün püşkü atılıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" I turda "İstra"nı qəbul edəcək.
Qarşılaşma avqustun 3-də baş tutacaq.
Komanda II turda səfərdə "Osiyek", III turda evdə "Şibenik" ilə üz-üzə gələcək.
Qeyd edək ki, Zaqreb təmsilçisi başa çatan mövsümdə Xorvatiya çempionu olub.