Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyun başa çatıb.
Sportnet.az xəbər verir ki, görüş Türkiyənin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 50-ci dəqiqədə Hakan Çalhanoğlu açıb. 66-cı dəqiqədə isə Çexiyanın heyətində Tomaş Souçek tablodakı rəqəmləri eyniləşdirib. Matçın yekun nəticəsini 90+5-ci dəqiqədə Cenk Tosun müəyyənləşdirib.
Qrupun digər görüşündə isə Gürcüstan seçməsi Portuqaliyanı 2:0 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Portuqaliya qrupu (6 xal) lider olaraq bitirib. Eyni xala malik Türkiyə seçməsi isə ikinci olub və 1/8 finala vəsiqə qazanıb. Gürcüstan isə 4 xalla ən yaxşı qrup üçüncülərindən biri kimi növbəti mərhələyə adlayıb.
Türkiyə 1/8 finalda Avstriya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə, Danimarka, Rumıniya, Belçika və Slovakiya milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.
----------------------------------------
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə yekun vurulub.
Sportnet.az xəbər verir ki, Rumıniya millisi Slovakiya ilə, Belçika yığması Ukrayna ilə qarşılaşıb. Hər iki görüşdə qalib müəyyənləşməyib.
Slovakiya-Rumıniya matçında 1:1 hesabı qeydə alınıb. Ukrayna-Belçika qarşılaşmasında isə qapılara qol vurulmayıb.
Bu nəticələrdən sonra dörd komandanın hər biri qrupu 4 xalla başa vurub. Şəxsi göstəricilərə əsasən, Rumıniya lider, Belçika qrup ikincisi, Slovakiya isə ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finala yüksəlib.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə və Danimarka milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.
----------------------------------------
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, E və F qruplarında ümumilikdə 4 oyun baş tutacaq.
E qrupunda Rumıniya millisi Slovakiya ilə, Belçika yığması Ukrayna ilə qarşılaşacaq. İlk iki turdan sonra bütün dörd komandanın hər birinin aktivində 3 xalı var. Odur ki, bu qrupda bütün suallara məhz sonuncu turda aydınlıq gələcək.
F qrupunda isə Türkiyə seçməsi Çexiyanı, Portuqaliya kollektivi isə Gürcüstanı sınağa çəkəcək. Hazırda Portuqaliya 6 xalla qrup lideridir və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə 3 xalla ikincidir. "Ay-ulduzlular"a qrupdan çıxmaq üçün 1 xal da kifayət edəcək. Digər iki yığmanın isə 1 xalı var və onların da pley-offa adlamaq şansları davam edir.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə və Danimarka milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.
AVRO-2024
E qrupu, III tur
20:00. Slovakiya - Rumıniya - 1:1
Baş hakim: Daniel Siebert (Almaniya).
“Frankfurt Arena”.
20:00. Ukrayna - Belçika - 1:1
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".
F qrupu, III tur
23:00. Çexiya - Türkiyə - 1:1
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Hamburq, “Folksparkştadion".
23:00. Gürcüstan - Portuqaliya - 2:0
Baş hakim: Sandro Şörer (İsveçrə).
Helzenkirhen, "Feltins Arena".