
Futzal üzrə Azərbaycan Kubokunun “Araz-Naxçıvan” - PFL arasında keçiriləcək final oyununa təyinatlar açıqlanıb.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
2024/25 mövsümünün son oyunu hakimlər Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcova həvalə olunub.
İyunun 5-i ”Olimpik Star”da təşkil olunacaq final görüşü saat 14:00-da başlayacaq.
Azərbaycan Kuboku
Final
5 iyun
14:00. Araz-Naxçıvan – PFL
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov
Hakim-inspektor: Füzuli Nəcəfov
“Olimpik Star”.