
"Qarabağ" UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi V tur çərçivəsində İngiltərənin "Çelsi" komandasını qəbul edib.
"Azərsun Arena"da baş tutan görüşdə hesabı Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv açsa da, qonaqlar 3 qol vuraraq qalib gəliblər.
Bu qələbdən sonra xalını 12-ə çatdıran "Çelsi" liderliyini möhkəmlədib. "Qarabağ" isə 3 xalla sonuncu sıradadır.
UEFA Gənclər Liqası
C qrupu, V tur
15:00. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) 1:3
Qollar: Yaroslav Deda, 50 - Martell Teylor-Krossdeyl, 60. Çarli Braun, 69. Corc Makİçran, 76
Hakimlər: Alper Ulusoy, Mehmet Emin Tuğral, Deniz Caner Özaral (hər üçü (Türkiyə), Orxan Məmmədov (Azərbaycan)
Bakı. "Azərsun Arena"