ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kubokuna start verilib.
Sportnet.az xəbər verir ki, B yarımqrupunda mübarizə aparan Azərbaycan millisi ilk görüşünü Kuba yığmasına qarşı keçirib. Görüş Firdovsi Umudovun rəhbərlik etdiyi kollektivin 8:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın üzvlərindən 3 qat dünya çempionu Hacı Əliyevlə Hacımurad Ömərov uduzub. Georgi Edişeraşvili, Əhmədnəbi Qvarzatilov, Coşqun Əzimov, Cəbrayıl Əzimov, Aleksandr Qostiyev, Aslanbek Alborov, Roman Bəkirov və Cəmaləddin Məhəmmədov qalib gəliblər.
Azərbaycan millisi aprelin 8-də Qazaxıstan (saat 02:30) və Monqolustan (saat 19:00) komandaları ilə qarşılaşacaq.
Millimiz ötənilki analoji yarışıda 3-cü yeri tutub. Buna qədər isə yığma 2 dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.
20:00. Azərbaycan - Kuba - 8:2
57 kq. Georgi Edişeraşvili - Andreu Orteq - 7:3
61 kq. Əhmədnəbi Qvarzatilov - Youlis Bonne Rordiges - 8:0
65 kq. Hacı Əliyev - Valdes Tobi - 2:8
70 kq. Coşqun Əzimov - Franklin Maren Kastilyo - 7:3
74 kq. Hacımurad Ömərov - Livan Lopez Azkuy - 2:6
79 kq. Cəbrayıl Həsənov - Yoan Adrian Zulueta Morales - 10:0
86 kq. Aleksandr Qostiyev - Yurieski Torreblanka Queralta - 3:2
92 kq. Aslanbek Alborov - Lazaro Daniel Hernandes Luis - 7:4
97 kq. Roman Bəkirov - Salas Peres - 3:0
125 kq. Cəmaləddin Məhəmmədov - Yudenni Alpaxon Esteves - 3:2