
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən futzal üzrə tələbələr arasında Avropa çempionatında Azərbaycan İdman Akademiyasının komandası qrup mərhələsini lider kimi başa vurub.
Sportnet.az xəbər verir ki, Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün qalibi 1/4 finalda Fransaya rəqib olub.
Yarışa iyulun 25-də yekun vurulacaq.
Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, AFFA, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyi ilə həyata keçirilib.