1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin üzvü: "İndi başqa oyunlar gedir" - MÜSAHİBƏ
Azərbaycan milli komandasının futzalçısı Tyaqo Bolinyanın Bosniya və Herseqovina ilə Avropa çempionatının əsas seçmə mərhələsinin ilk tur oyunundan sonra Sportnet.az-a müsahibəsi...
- İlk matçda niyə bu qədər çətinlik çəkdiniz?
- Bəli, çox çətin alındı. İlk oyunlar belə olur. Özü də müdafiədə çoxlu səhvlər etdik. Hücumda çox şans əldə etdik. Ancaq çoxundan yararlana bilmədik. Ələ düşən qol imkanlarından yararlansaydıq, hesab 10:0 olardı. Amma əsas odur ki, qalib gəldik. Albaniya ilə görüşdə daha yaxşı oynayacağıq.
- Bosniyalıların qapısına üç qolu məhz özün vurdun...
- Bütün uşaqlar yaxşı oynadı. Mən olmasaydım da başqa oyunçu vuracaqdı. Çünki hamımız oyuna yaxşı hazırıq. Biro Jadeyə təşəkkür edirəm ki, mənə güvənir.
- Hesab 5:4 olanda bir an 5-ci qolu da buraxa biləcəyinizi düşündün?
- Bəli, hesab 5:4 olanda tabloya baxdım. Sona 10 saniyə qalmışdı və bosniyalıların qol imkanı oldu. Bu, futzaldır və bir anda qol ola bilər. Şadam ki, son saniyələrdə müdafiədə səhvsiz oynadıq və qalib gəldik.
- Millimiz dünya çempionatındakı kimi oynamadı. Bəlkə baş məşqçi dəyişikliyi çıxışınıza təsir edir?
- Dünya çempionatı artıq geridə qaldı. İndi başqa oyunlar gedir, başqa atmosferdir. Məşqlərimiz də başqa cürdür. Bizim millimiz elə dünya çempionatındakı qədər güclüdür. Sadəcə, bunu ilk görüşdə göstərə bilmədik. Ancaq Albaniya və Macarıstanla oyunlarda bunu göstərə bilərik. Əsas odur ki, millimizdə özünəinam var.
- Albaniya ilə matda millimiz qalib gələ bilər?
- Albaniya çox yaxşı komandadır. Hər kəs düşünürdü ki, Macarıstan Albaniyaya asanlıqla qalib gələcək. Amma belə olmadı. Albaniyaya hörmətlə yanaşırıq. Onların heyətində braziliyalı da var.
- Onunla tanışlığın var?
- Bəli, bir-birimizə qarşı oynamışıq. Yaxşı da futzalçıdır.
- Nə deyir, qalib gəlmək istəyirlər millimizə?
- Mənə Azərbaycan millisinə hörmətlə yanaşdıqlarını bildirdi. O, deyir ki, qrupun favoriti Azərbaycandır. Biz də rəqibə hörmətlə yanaşırıq. Başımızı aşağı salıb oyunumuzu oynayacağıq.
- Səncə, millimiz qrupdan çıxa bilməsə, nə baş verəcək?
- Düşünmürəm ki, millimiz qrupdan çıxmasa, bu, fəlakət hesab edilsin. Biz ancaq qrup birinciliyi haqda düşünürük. Bütün komandalara da hörmətlə yanaşırıq.