
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Eduardo Borges karyerasını Belçikanın “Halle Gooik” klubunda davam etdirəcək.
Sportnet.az federasiyanın saytına istinadən xəbər verir ki, son 3 mövsümdə Fransanın “Acces Futsal” klubunun uğurları üçün çalışan müdafiəçi bu dəfə
Belçika çempionu ilə anlaşıb.
O, qarşıdakı 1 ili bu komandanın heyətində keçirəcək.