
Azərbaycan gimnastı Selcan Mahsudova Belarusun Vitebsk şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Batut gimnastikası növündə uğurlu çıxış edən Mahsudova cəmi 55.540 xal toplayaraq, fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.