
Azərbaycanın akrobatika gimnastları Polşanın Jeşuv şəhərində keçirilmiş Dünya Kubokundan medallarla qayıdırlar.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, nüfuzlu yarışda iki gümüş medal qazanılıb.
Ölkəni kişi cütlüyü Daniel Abbasov və Murad Rəfiyev, qarışıq cütlük Sabir Ağayev və Milana Əliyeva, kişi qrupu Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli, qadın qrupu Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edib.
Qarışıq hərəkətlər proqramı üzrə kişi qrupu Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli 29.070 xalla, kişi cütlüyü Daniel Abbasov və Murad Rəfiyev isə 28.730 xalla ikinci yeri tutaraq gümüş medal qazanıblar.