
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının iştirakçıları otellərdə qalacaqlar.
Sportnet.az xəbər verir ki, bu barədə Oyunların Təhlükəsizlik və Əməliyyatlar üzrə rəhbər Aygül Ağayeva bildirib.
Onun sözlərinə görə, qonaqlama ilə Əməliyyat Komitəsi məşğil olacaq: "Bu məqsədlə bölgələrdəki otellərə baxış keçirilib, tutumu ilə bağlı məlumat əldə edilib.
Bölgələrdə lazımı qədər qonaqlama üçün otellər var. Xankəndidə yeni otel inşa edilib və tutumu bəs edəcək qədərdir. Qonaqlama əlavə olaraq Naftalanda da nəzərdə tutulur.
Amma iştirakçıların 90 faizi məhz yarışların keçiriləcəyi şəhərlərdə yaşayacaq".
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabrda keçiriləcək.