1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı 2015" medalçımızdan olimpiadada zəif nəticə
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən triatlonçu Rostislav Pevtsov 39-cu yeri tutub.
Sportnet.az-ın məlumatına görə, Pevtsov bu nəticəni 55 idmançı arasında göstərib.
Triatlonçular 1,5 km məsafəni üzüb keçdikdən sonra 43 km-lik yolu velosipedlə qət ediblər və 10 km qaçaraq finişə çatıblar. Amma bu, 5 idmançıya müyəssər olmayıb. 29 yaşlı triatlonçu üç hərəkətin cəmində 1 saat 52 dəqiqə 6 saniyə nəticə göstərib. O, üzgüçülükdə 42-ci, velosipedsürmədə 8 mərhələnin yekununda 36-cı, qaçışda isə 18-ci nəticə göstərib. Məhz üzgüçülükdəki zəif nəticəsi onun yekun nəticəsinə təsir edib.
Qeyd edək ki, Rostislav Pevtsov "Bakı-2015" I Avropa Oyunlarında bürünc medal qazanıb.