Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax KXDR və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İnin görüşünü şərh edib.
Sportnet.az-ın məlumatına görə, almaniyalı funksioner idmanın rolunu qabardıb.
T.Bax deyib: "Tez-tez beynəlxalq münasibətlərin sərt real siyasət olduğunu söyləyirlər. Buna görə də bəzilərini məhz idmanın gücünün KXDR və Cənubi Koreyaya konfrontasiyadan dialoqa keçməyə kömək etdiyi faktı təəccübləndirə bilər. 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında Açılış mərasimində iki ölkənin idmançılarının birləşmiş bayraq altında vahid yığma kimi yan-yana addımladıqları dəqiqələr tarixi hadisə idi. Görünür, bu, təsadüfən baş vermədi, 2014-cü ildə IOC-un yüksək səviyyəli dövlət sturukturlarının danışıqlara cəlb olunması istiqamətində uzun danışıqların nəticəsi idi".
Qeyd edək ki, KXDR və Cənubi Koreya liderləri bu gün görüşüb. Görüşdə iki ölkə düşmənçilik fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar.