Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan cüdoçularının da ilk rəqibləri müəyyənləşib.
İslamiadada Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 12 cüdoçu (5 kişi, 7 qadın) ilə təmsil olunacaq. Turnirdə 32 ölkədən 147 cüdoçu iştirak edəcək.
Yarışın təsnifat mərhələsinin görüşlərini noyabrın 8-də Bakı vaxtı ilə saat 12:00-da, final blokunu isə 18:00-da başlayacaq.
66 kq, 1/4 final: Ruslan Paşayev – Yerjan Yerenkayıpov (Qazaxıstan) / İsmael Alhassane (Niger) cütünün qalibi ilə
73 kq, 1/8 final: Hidayət Heydərov – Aden-Aleksandr Husseyn (Cibuti)
90 kq, 1/4 final: Elcan Hacıyev – Ali Abdelaal (Misir) / Aydar Arapov (Qazaxıstan)
100 kq, 1/4 final: Zelim Kotsoyev – Karamnob Saqaipov (Livan) / Abdurahman Sisey (Qambiya)
+100 kq, 1/4 final: Uşanqi Kokauri – Muzaffarbek Turoboyev (Özbəkistan)
48 kq, 1/4 final: Könül Əliyeva – Axliya Muminova (Tacikistan)
52 kq, 1/8 final: Gültac Məmmədəliyeva – Buketnur Karabulut (Türkiyə)
52 kq, 1/4 final: Aydan Vəliyeva – Madina Qurbonzoda (Tacikistan) / Sintya Badru (Mozambik) cütünün qalibi ilə
57 kq, 1/4 final: Fidan Əlizadə – Dina Muxanbet (Qazaxıstan) / Jermen Nadej Bella Buanqa (Qabon) cütünün qalibi ilə
70 kq, 1/4 final: Südabə Ağayeva – Fay Alslboud (Səudiyyə Ərəbistanı)
70 kq, 1/4 final: Aytac Qardaşxanlı – Maryam Barbat (İran)
78 kq, 1/2 final: Günel Həsənli – Aruna Jangeldina (Qazaxıstan)