
Azərbaycanı Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında təmsil edən yeganə qadın boksçu Məryəm Cəbrayılova çıxışını başa vurub.
Sportnet.az-ın məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində macarıstanlı Vivyen Budai ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan idmançısının məğlubiyyəti ilə başa çatıb - 1:4.