
Azərbaycanın daha bir qadın güləşçisi Sabirə Əliyeva “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 76 kq çəki dərəcəsində yarışan idmançı almaniyalı Frensi Raedeltlə ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Əliyeva bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb.
Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) və Elmira Qəmbərova (62 kq) da final görüşünə vəsiqəni təmin edib. Onlar həlledici dueldə müvafiq olaraq ukraynalı idmançılar Oksana Livaç və Yuliya Tkaçla güləşəcəklər.
1/4 finalda məğlub olan Alyona Kolesnik (57 kq) rəqibi finala çıxdığı üçün təsəlliverici görüşlərdə iştirak edəcək. Medal görüşləri sabah keçiriləcək.
---------------------------------------------------------------
Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 62 kq çəki dərəcəsində yarışan idmançı rumıniyalı Krista İnçe ilə üz-üzə gəlib. Qarşılaşmada qələbə qazanan (4:1) Azərbaycan güləşçisi finala yüskəlib.
1/4 finalda məğlub olan Alyona Kolesnik (57 kq) rəqibi finala çıxdığı üçün təsəlliverici görüşlərdə iştirak edəcək.
Qeyd edək ki, bu gün Sabirə Əliyeva (76 kq) da yarımfinal görüşünə çıxacaq. Mariya Stadnik (50 kq) öncədən finala vəsiqəni təmin edib.
------------------------------------------
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik “Minsk 2019” II Avropa oyunlarında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 50 kq çəkidə çıxış edən olimpiya mükafatçısı yarımfinalda türkiyəli Evin Demirhan ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 6:1. Stadnikin həlledici qarşılaşmada rəqibi ukraynalı Oksana Livaç olacaq.
Qeyd edək ki, bu gün həmçinin Elmira Qəmbərova (62 kq) və Sabirə Əliyeva da yarımfinal görüşlərinə çıxacaq.
------------------------------------------------------------------
Azərbaycanın daha iki güləşçisi “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, bunlar Elmira Qəmbərova (62 kq) və Sabirə Əliyevadır (76 kq).
Qəmbərova 1/4 finalda polşalı Katarjina Madrovskanı, Əliyeva isə Böyük Britaniya təmsilçisi Corcina Nelthorpeni məğlub edib. Digər güləşçi Alyona Kolesnik (57 kq) isə 1/4 finalda Bolqarıstan təmsilçisi Mimi Xristovanın müqavimətini qıra bilməyib.
Elmira Qəmbərova yarımfinalda rumıniyalı İncze Kriszta, Sabirə Əliva isə almaniyalı Francy Raedelt ilə üz-üzə gələcək. Qeyd edək ki, daha öncə Mariya Stadnik (50 kq) yarımfinala yüksəlib.
--------------------------------------
Azərbaycan güləşçisi Mariya Stadnik “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, 50 kq çəkidə çıxış edən olimpiya mükafatçısı polşalı Anna Lukasiakdan güclü olub - 10:0.
O, rəqibini 52 saniyəyə məğlub edib.
Stadnik yarımfinalda türkiyəli Evin Demirhanla qarşılaşacaq
-----------------------------------------------------
Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarında güləş yarışlarının üçüncü günü başlayıb.
Sportnet.az-ın məlumatına görə, bu gün qadın güləşçilər 4 çəki dərəcəsində güclərini yoxlayırlar. Azərbaycan yığmasının 4 üzvü xalça üzərinə çıxacaq. Onlardan üçü yarışa 1/8 finaldan başlayıb. 57 kq kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik macarıstanlı Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edib.
O, 1/4 finalda Mimi Xristova ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə 14:20-də start götürəcək. Elmira Qəmbərova (62 kq) Luzi Manke (Almaniya) ilə qarşılaşıb. 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz 1/4 finala çıxıb. Saat 14:40-da başlayacaq görüşdə onun rəqibi polşalı Katarjina Madrovska olacaq.
Səbirə Əliyeva (76 kq) Aykaterinierini Pitsiava (Yunanıstan) ilə üz-üzə gəlib. 9:0 hesabı ilə qalib gələn güləşçimiz 1/4 finala vəsiqə qazanıb. O, saat 14:50-də başlayacaq mərhələdə rəqibi polşalı Darya Osoçka ilə münasibətlərini aydınlaşdıracaq. Komandamızın lideri Mariya Stadnikin (50 kq) ilk rəqibi də müəyyənləşib.
1/8 final mərhələsindən azad olan təmsilçimizin rəqibi Liuzzi (İtaliya) - Anna Lukasiak (Polşa) cütündə bəlli olub. 8:0 hesablı qələbə qazanan polşalı M.Stadniklə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 14:10-da başlayacaq.