1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazir: "Burada bir səhv buraxdıq"
Gənclər və idman naziri Azad Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları ilə əlaqədar mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, nazir avqustun 1-də Azərbaycan nümayəndə heyətinin olimpiadaya yollanacaqlarını bildirib.
O deyib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yolasalma mərasiminə hazırlıq gedir, müəyyən tədbirlərin keçirilməsi nəzərdə tutulub: "Çarter reysi ilə uçan təyyarə bizi uzaq Rio-de-Janeyroya 14 saatlıq uçuşdan sonra yerli vaxtla saat 9:30-da endirəcək. Avqustun 3-də Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılacaq. Hazırda orada qış fəslidir. Bakı ilə 8 saatlıq fərq var. Qərara aldıq ki, 6-8 günlük iqlimə uyğunlaşma kifayətdir".
Sentyabrda isə paralimpiyaçılar Rio-de-Janeyroya yola düşəcəklər. Nazir bütün idmançılardan yüksək nailiyyətlər gözlədiklərini bildirib.
Nazirin sözlərinə görə, 51-dən artıq idmançısı olan ölkələr böyük tərkibli sayılırlar. 56 idmançıya malik olduqları üçün ayrıca binada yerləşəcəklərini bildirən A.Rəhimov Slovakiya və Portuqaliya ilə eyni binada məskunlaşacaqlarını vurğulayıb.
Nazir bildirib ki, 94 ölkədaxili, 24 beynəlxalq yarış keçirilib, idmançılarımız 102 beynəlxalq yarışa qatılıblar. 12 gündən az olmamaq şərtilə 100-dən artıq təlim-məşq toplanışı təşkil olunub. Hazırlıq prosesinə 400 idmançı cəlb olunub. 2013 - 2016-cı illərdə 1000-dən artıq yarışlara qatılıblar.
Nazir olimpiadaya hazırlıq zamanı idman növlərinin təsnifatlaşdırıldığını açıqlayıb. O, dayaq növlərindən yalnız voleybolda nəzərdə tutulan lisenziyanı qazana bilmədiklərini söyləyib: "Burada bir dənə səhv buraxdıq. Dayaq növlərində yalnız voleybolda lisenziya qazana bilmədik".
Qeyd edək ki, "Rio-2016" 5 - 21 avqustda keçiriləcək.