
"Qarabağ"dan ayrılan Muarem Muarem Türkiyənin "Eskişəhərspor" klubu ilə müqavilə imzalayıb. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, futbolçu 3 il müddətində bu klubun şərəfini qoruyacaq.
Təqdimetmə mərasimində "Eskişəhərspor"un vitse-prezidenti Əhməd Yalçın futbolçunun Makedoniya millisinin heyətinə qatılacağı, komandanın isə iyulun 2-3-də Eskişəhər bir araya toplaşacağını deyib.
Muarem klub rəsmiləri ilə bu ilin yanvar ayından danışıqlar getdiyini və "Eskişəhərspor"a keçdiyi üçün xoşbəxt olduğunu bildirib.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi "Qarabağ"da keçirdiyi 85 matçda 15 dəfə fərqlənib.







































































