1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakı 2015-in məşəli Neft daşlarında
Bakı-2015 I Avropa Oyunlarının başlanmasına az vaxt qalır. Oyunların məşəli bölgələrdə səyahətini başa vurduqdan sonra dünyada dənizdə ilk neft platforması olan Neft daşlarına aparılıb. Sportnet.az-ın məlumatına görə, ilk Avropa Oyunlarının məşəli helikopterlə Bakının Pirallahı rayonunun ərazisində yerləşən və dünyada ilk neft platforması olan Neft daşlarına gətirilib.
Neft daşlarında Oyunların məşəlini əməkdar neftçi, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə qəbul etdi. Neft daşları qəsəbəsinin sakinləri və dəniz neftçiləri ilk Avropa Oyunlarının məşəlini böyük sevinc hissi ilə qarşılayıblar.
Oyunların məşəli Neft daşları qəsəbəsini dolaşaraq burada qurulmuş səhnəyə gətirilib.
Daha sonra əməkdar neftçi Xoşbəxt Yusifzadə məşəli alovlandırıb.
Akademik Xoşbəxt Yusifzadə ölkəmizin "Bakı-2015” ilk Avropa Oyunları kimi mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsinə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirib.
Birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Neft daşları qəsəbəsinə təhvil verilib.