
DÇ-2014-ün 10-cu oyun günündə II turun daha 3 matçı
keçiriləcək. Sportnet.az-ın məlumatına görə, əvvəlcə F qrupunda yer alan Argentina
və İran yığmaları üz-üzə gələcəklər.
İlk oyunda Bosniya və Herseqovina üzərində qələbə
qazanan Argentina, bu dəfə də aktivinə 3 xal yazdırsa, 1/8 finala vəsiqəni təmin
etmiş olacaq. Nigeriya ilə qolsuz bərabərliyə qalan İran isə, hətta qalib gələcəyi
təqdirdə, pley-offa vəsiqəni təmin etməyəcək.
Gecə
yarısı isə G qrupunun iştirakçıları – Almaniya və Qana kollektivləri qarşılaşacaqlar.
İlk oyunda Portuqaliyanı darmadağın edən Bundestim, ABŞ-a minimal fərqlə məğlub
olan afrikalılara da eyni aqibəti yaşatsa, de-fakto 1/8 finala vəsiqə əldə edəcək.
Doğrudur, de-yure bu, baş verməyə də bilər. Belə ki, finiş xəttinə nəzəri cəhətdən
almanlarla yanaşı, daha 2 komanda 6 xalla çata və top fərqinə görə onları
arxada qoya bilər.
Gecə saat 3-də isə Nigeriya ilə Bosniya və
Herseqovina komandaları qüvvələrini sınayacaqlar. İlk turda baş tutan xal itkiləri hər iki komandanı qələbəyə oynamağa sövq edəcək. Çünki bu görüş onlar üçün həlledici
xarakter daşıya bilər.
21 iyun
21:00. F qrupu. Argentina – İran
Baş
hakim: Milorad Majiç (Serbiya)
Belu-Orizonti
şəhəri. "Mineyrao” stadionu.
Baş hakim: Sandro Rikki (Braziliya)
Fortaleza şəhəri. "Kastelao” stadionu.
03:00. F qrupu. Nigeriya – Bosniya və Herseqovina
Baş hakim: Piter O-Liri (Yeni Zelandiya)
Kuiaba şəhəri. "Arena Pantanal” stadionu.