
"Xəzər Lənkəran" klubu futbolçusu Rasim Ramaldanov ilə yeni müqaviləyə imza atıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.
Yeni müqaviləyə əsasən 29 yaşlı müdafiəçi daha iki il müddətində Cənub təmsilçisinin uğurları üçün çalışacaq.
Yeni müqaviləyə əsasən 29 yaşlı müdafiəçi daha iki il müddətində Cənub təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, 2013-cü ilin yayında "Xəzər Lənkəran"ın sıralarına qoşulan Rasim Ramaldanov 54 oyunda meydana çıxıb və 2 qola imza atıb.









































































