
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) tibb xidməti bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəza ilə bağlı açıqlama verib. Sportnet.az-ın məlumatına görə, açıqlamada hadisə nəticəsində 3 nəfər avstriyalı idmançının dərhal xəstəxanaya yerləşdirildiyi bildirlir.
BEGOC bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir: "Hazırda bununla bağlı ətraflı məlumat verə bilmirik. Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək".