
"Norveçlə oyunda pis nəticə olmayacaq. Çünki Robert Prosineçki özünü tanıyan məşqçilərdəndir. Ola bilməz ki, o, iki oyun ard-arda uduzsun". Bu sözləri Sportnet.az-a açıqlamasında Azərbaycanın tanınmış mütəxəssislərindən olan Böyükağa Hacıyev deyib.
O, Avro-2016-ın seçmə mərhələsindən Azərbaycanın millisinin Norveç yığması ilə oyununda qələbə qazanma ehtimalı olduğunu bildirib: "Ola bilər ki, Serbiyada qeydə alınan məğlubiyyət komandanı ayıltdı. Mənə elə gəlir ki, oyun heç-heçə bitəcək. Bəlkə də bizimkilər qalib gələr. Mən belə düşünürəm".
Qeyd edək ki, Oslonun "Ullevaal" stadionunda keçiriləcək Norveç-Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.