"Bakı 2015" I Avropa Oyunlarında bu gün yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, Azərbaycan pəhləvanları aktivlərinə daha 3 medal yazdırıb.
İkinci yarış günündə 66, 75, 85 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb. Pəhləvanlarımız günü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
Mübarizəyə təsnifat mərhələsindən qoşulan Həsən Əliyev (66 kq) ardıcıl olaraq gürcüstanlı Saçino Davitaia, xorvatiyalı Daniel Janecic və belaruslu Mixail Siamionau üzərində inamlı qələbə qazanıb. Yarımfinalda gərgin keçən görüşü uduzan Əliyev bürünc medal qarşılaşmasında serbiyalı Aleksandr Maksimoviçi yenib. Nəticədə Əliyev bürünc medal qazanıb.
75 kq çəkidə mübarizə aparan Elvin Mürsəliyev gərgin keçən görüşləri inamla başa vurub və finala yüksəlib. Final yolunda güləşçimiz Slovakiyadan Riçard Riqo, Rumıniyadan İonel Puskasu, Rusiyadan Çingiz Labazanov və gürcü Zurabi Datunaşvilini mübarizədən kənarlaşdırıb. Qızıl medal uğrunda görüşdə Elvin Mürsəliyev Serbiya idmançısı Viktor Nemeslə qarşılaşıb. Rəqibinə şans verməyən güləşçimiz Avropa Oyunlarının güləş yarışında Azərbaycana ikinci qızıl medalı qazandırıb.
130 kq-da təmsilçimiz Sabah Şəriəti də finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Ukraynalı Mikola Kuçmii, gürcü Jakobi Kajaia və belaruslu İoseb Çuqoşvili üzərindəki inamlı qələbələr güləşçimizə qızıl medal şansı verib. Həlledici görüşdə Sabah Şəriəti Türkiyə idmançısı Rıza Kayaalpla qarşılaşıb. Gərgin keçən görüş Türkiyə təmsilçisinin qələbəsi ilə başa çatıb. Sabah Şəriəti ilk Avropa Oyunlarının gümüş medalına yiyələnib.

66 kq
1/16 final - Saçino Davitaia (GEO) - Həsən Əliyev 2:4
1/8 final - Daniel Janecic (CRO) - Həsən Əliyev 0:5
1/4 final - Mixail Siamionau (BLR) - Həsən Əliyev 0:3
1/2 final - Həsən Əliyev - Miqran Arutyunyan (ARM) 5:8
Bürünc medal görüşü - Aleksandr Maksimoviç (SRB) - Həsən Əliyev 0:4
75 kq
1/16 final - Riçard Riqo (SVK) - Elvin Mürsəliyev 0:8
1/8 final - Elvin Mürsəliyev - Ionel Puskasu (ROU) 2*:2
1/4 final - Çingiz Labazanov (RUS) - Elvin Mürsəliyev 2:4
1/2 final - Elvin Mürsəliyev - Zurabi Datunaşvili (GEO) 3:2
FİNAL - Viktor Nemes (SRB) - Elvin Mürsəliyev 1:5
85 kq
1/16 final - Saman Təhmasibi - Fabio Parisi (ITA) 8:0
1/8 final - Maksim Manukyan (ARM) - Saman Təhmasibi 9:0
130 kq
1/8 final - Sabah Şəriəti - Mikola Kuçmii (UKR) 8:0
1/4 final - Jakobi Kajaia (GEO) - Sabah Şəriəti 2:5
1/2 final - Ioseb Çuqoşvili (BLR) - Sabah Şəriəti 0:6
FİNAL - Rıza Kayaalp (TUR) - Sabah Şəriəti 3:1