"Futbolçularımız Norveçə
qarşı çox yaxşı oynadılar. Onları təbrik edirəm". Sportnet.az-ın
məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert
Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib.
Xorvatiyalı mütəxəssis
Avro-2016-nın seçmə mərhələsində Norveçlə 0:0 bitən oyun haqda fikirlərini belə
tamamlayıb: "Çətin oyun olacağını bilirdim. Onların əla komandası var.
Ancaq onlara müqavimət göstərə bildik və topa daha çox nəzarət etdik.
Osloda xal itirməmək
əhəmiyyətli idi. Çünki həmin gün Azərbaycan üçün həmin gün tarixi bir gün idi,
ilk dəfə bu ölkədə təşkil olunan Avropa Oyunlarının açılış mərasimi baş tutdu.
Həmin gün səfərdə xal qazandıq".
Robert Prosineçki Azərbaycan millisinin Xorvatiya yığması ilə qarşılaşacaqları matç haqda isə bunları deyib: "Bu komandalar arasında Xorvatiyada baş tutmuş oyun Azərbaycanın 0:6 hesablı darmadağını ilə başa çatıb. Lakin bu hesab komandanın əsl gücünün göstəricisi deyil. Xorvatiya millisinə mütləq qalib gələcəyimizi demirəm. Ancaq onlara baş aqrısı olacaq gücə sahibik".