
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ" klubu Çernoqoriya çempionu "Rudar"la qarşılaşacaq. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov püşkatmadan sonra təəssüratlarını bölüşüb.
O deyib: "İlk növbədə onu qeyd etməliyəm ki, hazırda bizi öncə komandamızın hazırlığı düşündürür. Məlum səbəblərdən komandamız hələ tam yığışa bilməyib. 24-dən etibarən tam heyətlə hazırlaşa biləcəyik. Bu baxımdan maksimum halda ilk oyuna qədər hazır olmağa çalışmalıyıq. Rəqib haqqında onu deyə bilərəm ki, çətin oyun olacaq. Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub. Həm də onları bizi daha yaxşı tanıyırlar. Bu dəfə də istisna deyil. Belə deyərdim ki, bu oyun bizə hamısından daha önəmlidi. Deyərdim ki, bu tur "play-off" qarşılaşmasından daha önəmlidi.
Qeyd edək ki, oyunlar 14-15 iyulda və 21-22 iyulda keçiriləcək.