
2015/2016 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən "Qəbələ” növbəti transferini gerçəkləşdirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, mövsümlərarası fasilədə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonovu və Vojislav Stankoviçi heyətinə qatan "qırmızı-qaralar” 10-cu transferini reallaşdırıb. 
		
Rumıniyalı futbolçu George Floresku ilə 1,5 illik müqavilə imzalanıb.
Rumıniyalı futbolçu George Floresku ilə 1,5 illik müqavilə imzalanıb.
31 yaşlı yarımmüdafiəçinin son komandası Rumıniyanın "Astra" klubu olub.
George Floresku ölkəsinin U-21 (11 oyun) və əsas milli komandalarında (11 oyun) çıxış edib.









                 





    
    
    
    
    
    
    
    
    






















































