"Bakı 2015" I Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların mübarizəsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan idmançıları yarışı 1 qızıl, 1 gümüş, 1 bürünc medalla başa vurub.
Qızıl medala ikiqat paralimpiya çempionu İlham Zəkiyev nail olub. Zəkiyev 90 kq-dan yuxarı çəki dərəcəsi üzrə final qarşılaşmasında ukraynalı Aleksandr Pominovu yenib. Görüşün əvvəlində ona 2 dəfə şido verilsə də, görüşün ortalarında təmsilçimiz rəqibinə vaza-ari fəndi tətbiq edib. Daha sonra Zəkiyev saxlama fəndi ilə Pominov üzərində tam qələbəyə nail olub.
Bu çəkidə yer alan Zakir Mislimov isə bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə yunanıstanlı Klimis Papaxristosu ipponla məğlub edib.
Qadınların mübarizəsində 57 kq çəkidəki təmsilçimiz Səbinə Abdullayeva isə finalda ukraynalı İnna Çernyaka ipponla uduzub.
X X X
Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev "Bakı 2015" I Avropa Oyunlarının finalına yüksəlib. Sportnet.az-ın məlumatına görə, 90 kq-dan yuxarı çəkidə çıxış edən ikiqat paralimpiya çempionu yarımfinalda yunanıstanlı Klimis Papaxristosu ipponla məğlub edib.

İ.Zəkiyevin qızıl medal döyüşdəki rəqibi ukraynalı Aleksandr Pominov olacaq. A.Pominov yarımfinalda digər azərbaycanlı paralimpiyaçı cüdoçu Zakir Mislimovu məğlub edib. Z.Mislimov isə bürünc medal uğrunda görüşdə yunanıstanlı Klimis Papaxristosla üz-üzə gələcək.
x x x
"Bakı 2015" I Avropa Oyunlarında mübarizə aparan azərbaycanlı qadın paralimpiyaçı cüdoçu Səbinə Abdullayeva finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, 57 kq çəkidə yer alan 19 yaşlı idmançı yarımfinalda vaza-ari və yuko xalları ilə ukraynalı Nataliya Nikolayçuka qalib gəlib.
S.Abdullayevanın finaldakı rəqibi daha bir ukraynalı İnna Çernyak olacaq.
x x x
"Bakı 2015"də mübarizəyə qoşulan Azərbaycanın paralimpiyaçı cüdoçusu Zakir Müslümov ilk görüşdəcə məğlub olub. Sportnet.az-ın məlumatına görə, 90 kq-dan yuxarı çəkidə çıxış edən Z.Müslümov ukraynalı Aleksandr Pominova ipponla uduzub.
x x x
x x x
Azərbaycanın paralimpiyaçı cüdoçusu Səbinə Allahverdiyeva "Bakı 2015" I Avropa Oyunlarının yarımfinalına yüksəlib. Sportnet.az-ın məlumatına görə, qadın cüdoçu 57 kq çəki dərəcəsindəki ilk görüşündə ispaniyalı Maria Monika Merenkiano Herreronu məğlub edib.
O, görüşün 10-cu saniyəsində ipponla qələbə qazanıb. S.Abdullayeva yarımfinalda ukraynalı Natalya Nikolayçuk və türkiyəli Serife Koseoğlu arasındakı görüşün qalibi ilə yarışacaq.
x x x
Azərbaycanın 5 cüdoçuları "Bakı 2015"də mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, ilk görüşünü qələbə ilə başa vuran Xanım Hüseynova 1/8 finalda məğlub olub. 63 kq çəkidə çıxış edən qadın idmançı fransalı Klariss Aqbeqnenuya ipponla uduzub.
x x x
"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın 8 cüdoçusu mübarizəyə qoşulur. Sportnet.az-ın məlumatına görə, onlardan 3-ü kişi, 5-i isə qadın idmançıdır.
63 kq çəki dərəcəsində Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən cüdoçu Xanım Hüseynova 1/8 finala vəsiqə qazanıb. X.Hüseynova ilk görüşündə makedoniyalı Katerina Nikoloskanı ipponla məğlub etməyi bacarıb. Onun növbəti rəqibi fransalı Klariss Aqbeqnenu olacaq.
63 kq-da mübarizə aparan daha bir qadın idmançı Nuriyyə Axundova məğlubiyyətlə üzləşib. O, polşalı Aqata Ozdobaya ipponla uduzub.
70 kq-dakı Validə Mirzəzadə də məğlubiyyətlə üzləşib. Belçikalı Roksane Taeymansla üz-üzə gələn Azərbaycan cüdoçusu ipponla məğlub olub. Eyni çəkidə döyüşə çıxan Nərgiz İbrahimova da rəqibi ilə bacara bilməyib. O, xorvatiyalı Barbara Matiçə ipponla uduzub.
Kişilərdən isə Rüstəm Orucov mübarizəni dayandırıb. 73 kq çəkidə yer alan R.Orucov çexiyalı Jaromir Jezekə ipponla yenilib.