Ermənistan milli komandasının futbolçusu Karlen Mkrtçyan Rusiyanın "Anji" klubu ilə müqavilə bağlayıb. Sportnet.az klubun rəsmi "Twitter" səhifəsinə əsasən xəbər verir ki, anlaşma 3 illik əldə olunub.
26 yaşlı yarımmüdafiəçi 2013-2014-cü il mövsümündə də "Anji"də çıxış edib. Gələn mövsüm Mahaçqala komandası Rusiya Premyer Liqasında çıxış edəcək.
Qeyd edək ki, "Anji"nin baş məşqçisi 2013-2014-cü il mövsümündə "Qəbələ"yə rəhbərlik etmiş Yuri Syomindir.