1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın yıxan hakimlər yenidən Avroliqada!
Ötən mövsüm Avropa Liqasında qrup mərhələsinin son tur matçında "Qarabağ"ın İtaliya "İnter"inin qapısından keçirdiyi təmiz qolu saymayan çexiyalı referi Miroslav Zelinka uzun müddətdən sonra beynəlxalq oyuna təyinat alıb. Sportnet.az-ın əldə etdiyi məlumata görə, 34 yaşlı referi Avroliqanın III təsnifat mərhələsində Şotlandiya "Aberdin"i ilə Qazaxıstan "Kayrat"ı arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.
Onun köməkçilərindən biri kimi elə qolun sayılmamasında xüsusi rolu olmuş Andrey Pelikan təyin edilib. Digər yan xətt hakimi Radek Kotik, 4-cü hakim isə Emanuel Marekdir. Matçın hakim-inspektoru danimarkalı Peter Mikkelsen, UEFA nümayəndəsi isə norveçli Tormod Larsen olacaq. Avqustun 6-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Qeyd edək ki, 2014-cü il dekabrın 11-də keçirilmiş matçın sonuncu uzatma dəqiqəsində Riçard Almeyda topu "İnter"in qapısından keçirsə də, Miroslav Zelinka həmin epizodda "ofsayd" olduğunu bildirərək, qolu saymayıb. Halbuki həmin qolun tam qaydalar çərçivəsində vurulduğu açıq-aşkar görünüb. Çexiyalı referinin yanlış qərarı üzündən 1/16 finala "Qarabağ" yox, Ukrayna "Dnepr"i çıxıb. Öz növbəsində "Dnepr" Avroliqanın finalınadək irəliləyib və yalnız həlledici görüşdə İspaniya "Sevilya"sına uduzaraq, kuboksuz qalıb. "Qarabağ" rəhbərliyi haqqının bərpası və Zelinkanın cəzalandırılmasına nail olmaq istəsə də, UEFA nəticəni qüvvədə saxlayıb. Baş hakim isə 8 ayadək istirahətdən sonra elə Avroliqa matçına təyinat alıb.