1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Bu sözləri eşitmək xoşdur"
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"i ilə keçirəcəyi ilk oyundan öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlər önünə çıxıb. Sportnet.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis şotlandiyalı media mənsublarının suallarını cavablandırıb.
"Seltik"i böyük tarixə malik klub kimi dəyərləndirən Qurbanov rəqibin gücünün hər kəsə bəlli olduğunu bildirib: "Özünəməxsus futbol sərgiləyirlər. Hansısa futbolçunun adını çəkməyim düzgün olmazdı. Yetərincə yüksək keyfiyyətli futbolçuları var. "Seltik" oyunun favoritidir. Amma ilk oyunda istənilən nəticə qeydə alına bilər. "Seltik"lilərin "Qarabağ"ı tərifləməsi onların yüksək peşəkarlığından irəli gəlir. Bizim üçün əlbəttə, bu sözləri eşitmək xoşdur. Amma bu, bizi daha məsuliyyətli olmağa vadar edir. Belə gözəl stadionda, çoxsaylı azarkeşlər önündə oynamaq maraqlı olacaq. Futbolçularımın hansısa təzyiqlə üzləşəcəyinə inanmıram. Onların belə oyunlarda təcrübəsinin olduğunu düşünürəm".
Qeyd edək ki, bu gün keçiriləcək "Seltik" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.