
"Qarabağ"ın Şotlandiyanın Qlazqo şəhərində "Seltik"lə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu azərbaycanlı azarkeşlər də izləyəcəklər. Sportnet.az-ın məlumatına görə, hazırda "Seltik Park"da 300-dək soydaşımız var.
Onlar komandamızı Azərbaycan bayrağı ilə dəstəkləyirlər.