"Azərbaycan millisi yaxşı komandadır, Robert Prosineçkinin rəhbərliyi altında 4 görüşdən, o cümlədən, Xorvatiya və Norveçdən xal almağı bacarıb. Ona görə də biz anlamalıyıq ki, bu görüş asan gəzinti olmayacaq". Sportnet.az-ın məlumatına görə, bunu İtaliya milli komandasının baş məşqçisi Antonio Konte keçirdiyi mətbuat konfransında deyib.
Millimizlə qarşılaşmanın ilk dəfə 60 mindən çox tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda təşkil olunacağını bildirən 46 yaşlı mütəxəssis tələyə düşmələri üçün hər cür təhlükənin mövcudluğunu dilə gətirib: "Biz bu görüşə köklənməyə çalışacağıq. Rəqib hər an sürpriz etməyə qadir komanda, bir növ ağ qabıqlı banan təsiri bağışlayır. Bu, Fransada keçiriləcək final mərhələsinə gedən yolda bizim üçün çox vacib qarşılaşmadır. Ehtiyatlı olmalı, işləməli və Bakıdaca maksimum nəticə əldə etməyə çalışmalıyıq".
Qeyd edək ki, İtaliya millisi Azərbaycan yığması ilə oktyabrın 10-da Bakıda qarşılaşacaq.